Ceyhun Bayramov ABŞ-a səfərə gedib

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Bu barədə Leqal.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
скачать dle 10.6фильмы бесплатно
20-09-2021, 10:30
Baxıs: 19 562
Reyting: