allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info “Barselona”nın vitse-prezidenti koronavirusa yoluxdu » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxdu

“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxdu İspaniyanın “Barselona” klubunun birinci vitse-prezidenti Jordi Kardoner koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, artıq tibbi nəzarətə alınan 57 yaşlı klub rəsmisinin müalicəsi ağırlaşma olmadan keçir.
Kardonerdə aşkarlanan simptomlar həyatı üçün təhlükə kəsb etmir. Vitse-prezident “Barselona”nın koronovirusdan əziyyət çəkən ilk nümayəndəsi deyil.
Ona qədər klubun tibb xidmətinin direktoru Ramon Kanalda da koronavirus aşkarlanıb. Kataloniyalıların həndbol komandasının həkimi Xosep Antoni Qutyerres də eyni problemlə üzləşib.
Qeyd edək ki, hazırda İspaniyada idman yarışları koronavirus pandemiyası üzündən dayandırılıb.
16:33
Baxıs: 4320
Reyting: