Koronavirusa yoluxanların sayı azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1 095 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 321 798 nəfər koronavirusa yoluxub. Onlardan 294 784 nəfər müalicə olunaraq sağalıb, 4 580 nəfər vəfat edib, aktiv xəstə sayı 22 434 nəfərdir.

Azərbaycanda son gün ərzində 5 180, hazırkı dövrədək isə 3 267 835 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
3-05-2021, 20:53
Baxıs: 30 266
Reyting: