Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı
Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Leqal.info-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, aprelin 26-da hüquq-mühafizə orqanları tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin, o cümlədən A.Məmmədovun saxlanıldığı bildirilir. A.Məmmədov 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəllər Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. |
XƏBƏR LENTİ
Dünən, 11:38
Dünən, 11:27
Dünən, 10:45
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40