ÜST rəhbəri vaksinin paylanmasındakı disbalansdan danışdı

“Dünya üzrə koronavirus vaksininə əlçatanlıqda çox böyük disbalans var”.

Leqal.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bugünkü açıqlamasında deyib.

“Koronavirus peyvəndinin dünya miqyasındakı paylanmasında şokedici bir disbalans var. Bir çox ölkələrdə risk altındakı insanlara çatacaq qədər belə vaksin yoxdur”, - direktor qeyd edib.

ÜST rəhbərinin sözlərinə görə, yüksək gəlirli ölkələrdə orta hesabla hər dörd nəfərdən birinə koronavirus vaksini düşür:

“Aşağı gəlirli ölkələrdə isə hər 500 nəfərdən sadəcə biri COVID-19 vaksini əldə edə bilir”.скачать dle 10.6фильмы бесплатно
9-04-2021, 21:11
Baxıs: 38 480
Reyting: