“Azərbaycan-Türkiyə nümayəndə heyəti İrəvana gəlməyib”

Ermənistanın “Hraparak” qəzeti Meğridə Azərbaycandan Naxçıvana gedəcək yolun tikinti sahəsini araşdırmaq üçün Bakıdan təyyarə ilə Azərbaycan-Türkiyə nümayəndə heyətinin İrəvana gəlişi ilə bağlı xəbər yayıb.

Leqal.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sözügedən məlumatı təkzib edib.
“Mətbuatda Azərbaycan-Türkiyə nümayəndə heyətinin 8 apreldə İrəvana gəldiyi barədə məlumatlar həqiqətə uyğun deyil”,- deyə qurumun açıqlamasında qeyd olunub.

Nazirlik medianı həssas mövzularda təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.скачать dle 10.6фильмы бесплатно
9-04-2021, 15:14
Baxıs: 36 494
Reyting: