“Hazırda yoluxma dekabrın pik vaxtına yaxındır”

Bir müddət əvvəl koronavirusa yoluxan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov oğlu vasitəsilə açıqlama yayıb.

Leqal.info-nun məlumatına görə, açıqlamada S. Məmmədovun dilindən bildirilib ki, o, 15 mart tarixindən intensiv müalicə aldığı Bakı Sağlamlıq Mərkəzini tərk edib:

“Yumşaq desək, çətin müalicə prosesi keçdim və indi də davam edir. Amma müalicəmi bundan sonra evdə davam etdirəcəm. Buna iki səbəb var. Birincisi, səhhətimdə nisbi yaxşılaşmadır. Yoluxma nəticəsində yan xəstəliklərin nəticəsi olaraq hələ uzun müddət bərpa prosesi keçməliyəm. Hətta danışanda belə yoruluram deyə hələlik zənglərinizə də cavab verə bilmirəm.

İkinci səbəb xəstəxanada yerlərin dolması idi. Xəstəxanalara çox ağır xəstələr gəlir. Bəlkə bu, yeni mutasiyadır. Hər halda mən bir palatanı boşaltmaqla həm də yeni xəstələrin qəbul olunmasına imkan yaratdım. Tibbi personal ciddi və ağır yük altındadır. Mən ilk növbədə, həkimlərin və aşağı tibbi heyətin əziyyətini qeyd etmək istəyirəm. Onlar çox əziyyət çəkir. Dövlət tərəfindən bütün tibbi ləvazimat, dərmanlarla təminat yüksək səviyyədədir.

Vəziyyətin acınacaqlı olmasını nəzərə alın. Saya fikir verməyin. O test sayından asılıdır. Hazırda yoluxma dekabr ayının pik vaxtına yaxındır. Hər 100 testə təxminən 20 yoluxan. Bu, çoxdur. Yoluxan xəstə var ki, bir aydır nəticəsi neqativdir, amma onu hələ də süni nəfəs aparatından ayırmaq mümkün deyil.
Mənim kimi heç kəs özünü qoruya bilməyəcək. Təəssüf faydası olmadı. Mən birinci vaksini qəbul edəndən 24 gün sonra yoluxdum. Yoluxan andan müalicəyə başlayın. Bu xəstəliyə yoluxan “mən artıq yaxşıyam” deyə bilmir. Normal vəziyyətdə olan biri bir saat sonra artıq reanimasiyada ola bilər”.скачать dle 10.6фильмы бесплатно
30-03-2021, 22:12
Baxıs: 38 656
Reyting: