Ermənistanda reanimasiyalarda yer qalmayıb

Ermənistanda son sutka ərzində 1257 nəfər koronavirusa yoluxub.

Leqal.info "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanların sayı 187 441-ə çatıb.

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Ripsime Xaçatryanın sözlərinə görə, yoluxma hallarının gündəlik artması ilə əlaqədar olaraq, Ermənistan tibb mərkəzlərinin reanimasiya şöbələrində demək olar ki, yer qalmayıb.

Hazırda xəstəxanalarda 63 nəfər süni ağciyər ventilyasiya cihazlarına qoşulub. 187 nəfərin vəziyyəti olduqca ağır, daha 750 nəfərin vəziyyəti isə orta ağırdır.

Son sutka ərzində koronavirusdan 14 nəfərin ölməsi ilə virusdan həyatını itirənlərin sayı 3416-ya çatıb. Sağalan pasiyentlərin sayı isə 169 727 nəfərdir.скачать dle 10.6фильмы бесплатно
25-03-2021, 15:18
Baxıs: 37 587
Reyting: