“Baydenin Putinlə bağlı açıqlaması dövlət başçısına yaraşmır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenin Rusiya dövlət başçısı Vladimir Putinə qarşı işlətdiyi ifadələrə münasibət bildirib.

Leqal.info xəbər verir ki, Ərdoğan bu barədə bu gün cümə namazı sonrası jurnalistlərə açıqlamasında bildirib.

“Doğrusu, cənab Baydenin Putinlə bağlı açıqlamaları bir dövlət başçısına yaraşmır və bir Prezidentin Rusiya kimi bir dövlətin başçısına qarşı belə bir ifadə işlətməsi qəbuledilməzdir. Məncə, Putin çox ağıllı bir cavab verərək lazım olanı edib”,- deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində Rusiya rəhbərliyinin ABŞ seçkilərinə müdaxiləyə görə cavab verməli olacağını bildirib. V. Putin isə həmkarına cavab verərək onu dialoqa dəvət edib.скачать dle 10.6фильмы бесплатно
19-03-2021, 16:00
Baxıs: 51 003
Reyting: