“Yaxın müddətdə 4 milyondan artıq peyvənd gətiriləcək”

“Yaxın müddətdə ölkəmizə 4 milyondan artıq peyvəndin gətirilməsi nəzərdə tutulur”.

Leqal.info xəbər verir ki, bu barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

O qeyd edib ki, pandemiya ilə mübarizədə Azərbaycan səhiyyəsi çökmədi və mübarizəni davam etdirdi: “Pandemiya ilə mübarizəyə 44 mindən çox tibb işçisi cəlb olunub. Onların arasında xarici ölkələrdən gəlmiş mütəxəssislər də var”.скачать dle 10.6фильмы бесплатно
16-03-2021, 13:23
Baxıs: 44 615
Reyting: