Ermənistana 1374 hərbçinin cəsədi təhvil verilib

2020-ci il noyabrın 13-dən etibarən 1374 erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib.


Leqal.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, sülhməramlılar vəziyyəti daha yaxşı bilirlər və axtarış işlərinin dayandırılması ilə bağlı onlara müraciət etmək daha yaxşıdır.

“Əldə olan məlumatlara görə, 13 noyabr 2020-ci ildən bu günə qədər 1684 ölən hərbçinin cəsədi mübadilə edilib. Onlardan 1374-ü Ermənistan, 310-u Azərbaycan tərəfinə təhvil verilib”,-deyə Zaxarova qeyd edib.
скачать dle 10.6фильмы бесплатно
26-02-2021, 19:00
Baxıs: 43 347
Reyting: