Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri görüşəcək

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif birgə mətbuat konfransı keçirib.

Leqal.info xəbər verir ki, konfrans zamanı Çavuşoğlu bu yaxınlarda Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərin görüşünün keçiriləcəyini açıqlayıb.

“Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri və liderlər səviyyəsində görüşləri həyata keçirmək üçün hazırlıqları bu gün başlatmış olduq”, - deyə o qeyd edib.

İran XİN rəhbəri də görüşü təsdiqləyib: “İnşallah yaxın zamanda İran, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin İranda görüşü baş tutacaq. İran və Türkiyənin Qafqazdakı əməkdaşlığı bölgə xalqlarının və ölkələrinin xeyrinə olacaqdır”.скачать dle 10.6фильмы бесплатно
29-01-2021, 13:00
Baxıs: 45 471
Reyting: