Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Leqal.info xəbər verir ki, sənəddə deyilir: 1. “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur). 2. “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilsin (əlavə olunur). 3. Müəyyən edilsin ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 5. Fond: 5.1. əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin; 5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. |
XƏBƏR LENTİ
Bu gün, 11:38
Bu gün, 11:27
Bu gün, 10:45
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40