Azərbaycanda evdə müalicə olunan koronavirus xəstələrinin sayı açıqlandı

Hazırda Azərbaycanda evdə müalicə olunan 30 min 787 koronavirus xəstəsi var.

Leqal.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında bildirib.

O qeyd edib ki, onlardan 2 min 691 nəfər xəstəliyi yeni aşkarlanan şəxslərdir.

“Bakı şəhərində 87 ambulator məntəqədən ibarət 41 “COVID-19” məntəqəsi var. Həmçinin 814 çağrı mərkəzimiz fəaliyyət göstərir”, - deyə N. Mürsəlova qeyd edib.скачать dle 10.6фильмы бесплатно
24-11-2020, 14:22
Baxıs: 22 636
Reyting: