“Qarabağla bağlı danışıqlar çətin keçdi”

“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və rus sülhməramlılarının bölgəyə gətirilməsi ilə bağlı danışıqlar prosesi çətin keçdi”.

Leqal.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsü jurnalistlərə “Müharibəni dayandırmağın və prosesi siyasi və diplomatik kanala köçürməyin yollarını tapmaq üçün çox uzun və gərgin keçən proseslə əlaqəli bir sual verirsiniz”,- deyə bildirib.

“Bu, mürəkkəb bir prosesdir və bu barədə söylənə biləcək hər şey izah edilib, başqa deyiləcək heç nə yoxdur”, - deyə Peskov sözlərinə əlavə edib.скачать dle 10.6фильмы бесплатно
11-11-2020, 18:02
Baxıs: 14 775
Reyting: