Düşmən Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Leqal.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.скачать dle 10.6фильмы бесплатно
6-11-2020, 13:47
Baxıs: 42 472
Reyting: