DYP əməkdaşının yazdığı əsassız cəriməyə görə tanınmış jurnalist Vilayət Eyvazova Müraciət etdi

"Leqal.info"nun rəhbəri Elvin Mahmudov idarə etdiyi avtomobilə yazılan əsassız cərimə ilə bağlı açıqlama verib.

"Leqal İnformasiya Agentliyi"nin rəhbəri (www.leqal.info) tanınmış jurnalist Elvin Mahmudov qeyd edib ki, son zamanlar ölkəmizdə bəzi Yol Patrul Xidmətinin əməkdaşları vəzifələrinin öhdəsindən layiqincə gəlmir. Beləki, onlar sürücülərlə kobud şəkildə rəftar edir, bəzi hallarda avtomobillərə əsassız olaraq cərimə yazırlar, əsassız olaraq protokol tərtib edirlər. Mən də, jurnalist olaraq başıma gələn əsassız yazılan cərimə barədə sizə ətraflı bəhs edəcəyəm. Deməli axşam saatlarında icazə verilən ərazi üzrə idarə etdiyim "KİA SPORTAGE" markalı 99 UL 230 dövlət qeydiyyat nişanı olan avtomobilimi təyin olunmuş yerdə saxlamışam. Səhər saatlarında gördüm ki, mobil telefon nömrəmə EQ4809451 protokol üzrə əsassız olaraq protokol tərtib edilərək mesaj göndərilmişdir. Şəkillərdən də görünür ki, avtomobil saxlanılan yer icazə verilən sahədir. Bu mənə qarşı haqsızlıq və əsassız olaraq yazılmış cərimədir. Sonda Daxili İşlər naziri cənab Vilayət Eyvazova üzümü tutaraq xahiş edirəm ki, mənə qarşı yazılmış əsassız cərimə protokolunun sistemdən silinməsi üçün aidiyyatı üzrə əməkdaşlarına lazımi göstərişlərini versin.

P. S. Mən, onu da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm, daim ulu öndərin siyasi kursuna sadiq insan və jurnalistəm.
DYP əməkdaşının yazdığı əsassız cəriməyə görə tanınmış jurnalist Vilayət Eyvazova Müraciət etdi
DYP əməkdaşının yazdığı əsassız cəriməyə görə tanınmış jurnalist Vilayət Eyvazova Müraciət etdi
DYP əməkdaşının yazdığı əsassız cəriməyə görə tanınmış jurnalist Vilayət Eyvazova Müraciət etdiскачать dle 10.6фильмы бесплатно
3-11-2020, 17:19
Baxıs: 21 546
Reyting: