allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi: Gimnastlar öz işlərini yerinə yetirə bildilər » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi: Gimnastlar öz işlərini yerinə yetirə bildilər

Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi: Gimnastlar öz işlərini yerinə yetirə bildilər Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medallarını qazanan Seymur Cəfərov və Murad Əkbərov öz işlərini yerinə yetirə bildilər.
Bu barədə Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanova deyib.
İ.Qurbanova bildirib: "Onlar hər şeyi etdilər. Əlbəttə, hərəkətlərin sonunda hər şey planlaşdırıldığı kimi olmadı, uşaqlar hərəkətləri daha yaxşı yerinə yetirməyə qadirdilər. Yarışdan sonra hər bir məşqçi həmişə narazı olur, hansısa qüsurları tapır. Murad Əkbərov çıxış edənə qədər çox güclü həyəcan keçirirdi, biz onu çətinliklə sakitləşdirdik. Amma o, toparlana bildi".
Baş məşqçinin sözlərinə görə, o, yetirmələrinin nəticələrindən razı qalıb: "Biz indi daha yaxşı formadayıq, mən hiss edirəm ki, biz inkişaf edirik. Gələn il bizim İsraildə Avropa Çempionatımız var, biz medallar uğrunda mübarizə aparacağıq. Orada üç dəst medal uğrunda mübarizə gedir - hər hərəkətə görə ayrılıqda və çoxnövçülük üzrə".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.
17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.
Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.
Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.
11:25
Baxıs: 8720
Reyting: