Seninem.Az > Sosial / Manşet Yuxarı / Manşet Sağ > Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq


Tarix: 7-09-2022, 12:14. Müəllif: admin2
Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Manset.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı 08.09.2022-ci il tarixdə saat 08:00-dan etibarən işlər başlayacaq.

Görülən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”, “Azərneftyağ” (5/6sex)”, “SOCARYDM-13”, “SOCARYDM-21” və “Körpü Tunel MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt