Seninem.Az > Dünya / Manşet Yuxarı > Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

Rusiya Ukrayna ordusunun itkilərini açıqladı


Tarix: 30-05-2022, 23:20. Müəllif: admin
Rusiya müharibədə Ukrayna ordusunun itkilərini açıqlayıb.

Leqal.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.

İqor Konaşenkov bildirib ki, onlar indiyədək Ukraynaya məxsus 183 təyyarə, 128 helikopter, 3323 tank və zirehli texnikanı məhv ediblər.

Rusiya ordusunun hücumunun davam etdiyini bildirən Konaşenkov, Ukrayna ordusunun 2 komanda-müşahidə mərkəzinin, rabitə qovşağının, hərbi hissələrin və texniki vasitələrin toplandığı 34 ərazinin havadan atılan yüksək dəqiqlikli raketlərlə məhv edildiyini bildirib.

Rusiya hava döyüş taktiki birliklərinin 3 komanda mərkəzini və 67 hərbi bölgəni məhv etdiyini deyən Konaşenkov hava zərbələri nəticəsində Ukraynanın 320-dən çox qüvvəsi və 47 hərbi texniki maşının zərərsizləşdirildiyini qeyd edib. O, Luqansk, Donetsk, Xarkov və Xerson bölgələrində Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatını öz hava hücumundan müdafiə sistemləri ilə vurduqlarını, Xarkov və Xerson bölgələrində Ukrayna ordusuna məxsus "Smerç" çoxlüləli reaktiv yaylım atəşi sistemlərindən atılan 9 mərminin havada məhv edildiyini vurğulayıb.

Raket və artilleriya birləşmələrinin 62 komanda mərkəzi, 593 hərbi bölgə və 55 artilleriya batareyasını məhv etdiyi barədə məlumatı paylaşan Konaşenkov, “Bu günə qədər 183 təyyarə, 128 helikopter, 1064 pilotsuz uçuş aparatı, 325 hava hücumundan müdafiə raket sistemi, 3 min 323 tank və zirehli texnika, 451 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 1731 haubitsa və minaatan, 3 min 294 xüsusi təyinatlı hərbi maşın məhv edilib”,- əlavə edib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt