Seninem.Az > Aktual / Manşet Yuxarı > Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək

Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək


Tarix: 23-05-2022, 19:46. Müəllif: admin
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Leqal.info xəbər verir ki, bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

10:03
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Leqal.info-nun xəbərinə görə, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt