Seninem.Az > Dünya / Manşet Yuxarı > ÜST-nin Baş direktoru: “Növbəti böhrana hazırlaşmalıyıq”

ÜST-nin Baş direktoru: “Növbəti böhrana hazırlaşmalıyıq”


Tarix: 4-11-2021, 12:00. Müəllif: admin
“ÜST-nin məqsədi bu il ərzində bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvənd olunmasıdır”.

Leqal.info-nun xəbərinə görə, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumuna göndərdiyi videomüraciətində deyib.

“Biz bundan sonra da növbəti böhrana hazırlaşmalıyıq. Bizim səhiyyə sistemlərimiz daha müvafiq olmalıdır. Ən zəngin və inkişaf etmiş dövlətlər belə bu xəstəlikdən qorunmayıb. Bu pandemiya bir daha göstərdi ki, sağlamlıqla bağlı olan məsələ həmişə diqqət mərkəzində olmalıdır. Biz səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitləri artırmalıyıq. Biz qlobal çərçivədə xüsusi maliyyə çərçivəsi yaratmalıyıq”, - o bildirib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt