Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda koronavirusa yeni yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirusa yeni yoluxma sayı açıqlandı


Tarix: 5-07-2021, 19:25. Müəllif: admin
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 466 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1035 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 951, ötən müddət ərzində isə ümumilikdə 3 793 040 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt