Seninem.Az > Aktual / Manşet Sağ > Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini təbrik etdi

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini təbrik etdi


Tarix: 28-06-2021, 20:30. Müəllif: admin
İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə telefonla zəng edib.

Leqal.info xəbər verir ki, dövlət başçısı İrakli Qaribaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair məsələlər müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt