Seninem.Az > Kriminal / Manşet Yuxarı > Müğənni Aslan Hüseynov yol qəzasında ölüb
Müğənni Aslan Hüseynov yol qəzasında ölübTarix: 4-05-2021, 16:59. Müəllif: admin |
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb: "Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib". Qeyd edək ki, 1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi. Geri Qayıt |