Seninem.Az > Aktual / Manşet Yuxarı > Bu gün MSK-nın iclası keçiriləcək, sədr məlum olacaq - EKSKLÜZİV

Bu gün MSK-nın iclası keçiriləcək, sədr məlum olacaq - EKSKLÜZİV


Tarix: 27-04-2021, 11:00. Müəllif: admin
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçiriləcək.

Leqal.info-nun əldə etdiyi məlumata görə, iclasda təşkilati məsələlərə baxılacaq.

Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər.

Mənbənin “Report”a verdiyi məlumata görə, sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Yeni tərkib Milli Məclisin bu keçirilən plenar iclasında təsdiqlənəcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt