“Qarabağ”la “Neftçi” söyüşlərə görə cərimələndi

“Qarabağ”la “Neftçi” söyüşlərə görə cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib. Bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqasının 8-ci turunun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
8-ci turun “Qarabağ” – “Neftçi” oyununun 54-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün “Qarabağ” klubu 4000 manat cərimə olunur.
54-cü dəqiqədə “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün “Neftçi” klubu 4000 manat cərimə olunur.
8-ci turun “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən oyunun başlanmasına bir dəqiqə qalmış (17:59) meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 1600 manat cərimə olunur.
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Qafqazinfo” скачать dle 10.6фильмы бесплатно
6-10-2022, 14:53
Baxıs: 376
Reyting: