Mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU

Mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən Manset.az-a bildirilib ki, sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.скачать dle 10.6фильмы бесплатно
8-09-2022, 09:37
Baxıs: 414
Reyting: