13 uşaq qərəzli şəkildə təhsildən yayındırılıb - RƏSMİ

13 uşaq qərəzli şəkildə təhsildən yayındırılıb - RƏSMİ

“İl ərzində qərəzli şəkildə təhsildən yayındırılan 13 uşaq müəyyən edilib”.

 Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova “İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, bildirib ki, Dövlət Komitəsi həmin məsələləri araşdırıb:

“Belə hallar aşkarlananda dərhal hərəkətə keçilir və müvafiq tədbirlər görülür. 2018-ci ildən repatriasiya olunan uşaqlarla bağlı da 3 aydan bir monitorinqlər aparılır. Elə uşaqlar da var ki, əxlaqsız həyat tərzi yaşayır, bəziləri cinsi zorakılığa məruz qalanlardır. Sığınacaqlar belə uşaqları qəbul etmək istəmirlər. Bu, ciddi problemdir”.







скачать dle 10.6фильмы бесплатно
29-07-2022, 08:11
Baxıs: 294
Reyting: