allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bakıda məşhur ticarət mərkəzindəki YANĞIN SÖNDÜRÜLDÜ - YENİLƏNİB » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bakıda məşhur ticarət mərkəzindəki YANĞIN SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Bakıda məşhur ticarət mərkəzindəki YANĞIN SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Nərimanov rayonunda bir neçə obyektdə baş verən yanğın söndürülüb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

***

10:27

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb.

KONKRET.az xəbər verir ki, alovun yayılması təhlükəsi aradan qaldırılıb.

Hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir.

***

10:13

Yanğın nəticəsində “Metro City” ticarət mərkəzi tamamilə yanıb.

KONKRET.az xəbər verir ki, FHN yanğının söndürülməsi istiqamətində Qərargah yaradıb.

Hazırda ətrafda yaşayan binaların sakinləri ərazidən təxliyyə edilir.

“Nəriman Nərimanov” stansiyasının giriş-çıxışlarından biri bağlanıb.

***

09:58

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında “Metro-City” ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.

KONKRET.az-ın məlumatöna görə, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.

***

09:15

Bakının Nərimanov rayonunda yanğın baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə “Metro City” ticarət mərkəzində baş verib.

Hazırda yanğın söndürülür.
10:55
Baxıs: 85760
Reyting: