allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info İki qardaş bıçaqlandı, biri öldü - Ağstafada cinayət » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

İki qardaş bıçaqlandı, biri öldü - Ağstafada cinayət

İki qardaş bıçaqlandı, biri öldü - Ağstafada cinayət

Ağstafa rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində baş verib.

Kənddə yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb.

Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə vəfat edib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlunun törətdiyi bildirilir. Həmin şəxsin saxlanılması üçün tədbirlər davam etdirilir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
13:46
Baxıs: 29200
Reyting: