Çavuşoğlu Ukrayna və Rusiya arasında razılaşmanın əldə olunması mexanizmini açıqlayıb

“Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlarında mümkün 2 ssenari ola bilər”.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Danışıqlarda iki ssenari ola bilər. Hələlik anlaşa bilmədikləri mövzuda müəyyən razılıq əldə olunduqdan sonra öncə xarici işlər nazirləri bir araya gələrək ilkin razılaşma imzalanır. Daha sonra ölkə liderləri görüşürlər.

İkinci ssenaridə isə Ukrayna və Rusiya prezidentləri XİN başçıları ilə birgə görüşəcəklər və dövlət başçılarının hüzurunda sənədi xarici işlər nazirləri imzalayacaq. Biz hər iki halda onları Türkiyədə qəbul etməyə hazırıq”, - XİN başçısı qeyd edib.скачать dle 10.6фильмы бесплатно
7-04-2022, 20:11
Baxıs: 38 587
Reyting: