Bakıda maskalı şəxslər şirkətə basqın edib
Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən "Leqal.info"ya verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində şirkətlərdən birinin həyətinə girən 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. |
XƏBƏR LENTİ
Bu gün, 11:38
Bu gün, 11:27
Bu gün, 10:45
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40