Azərbaycan, Gürcüstan və Türkiyə arasında 5 sənəd imzalanıb

Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində üç ölkə arasında 5 sənəd imzalanıb.

Leqal.info xəbər verir ki, sənədlərə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muşun iştirakı ilə imza atılıb.

Həmin sənədlər aşağıdakılardır:

1. İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İcracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu

2. Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Gürcüstan Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu

3. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə azərbaycanlı iş adamları arasında anlaşma memorandumu

4. İqtisadiyyat Nazirliyi yanında IV Sənaye Inqilabının Təhlili və Koordinasiyas; Mərkəzi ilə Türkiyənin Metal Sənayeçiləri Sindikatı arasında anlaşma memorandumu

5. "Azərşəkər" MMC ilə Türkiyənin "Agrobay Seracılık İthalat İhracat Senaye ve Ticaret" şirkəti arasında razılaşma memorandumuскачать dle 10.6фильмы бесплатно
14-12-2021, 14:10
Baxıs: 24 230
Reyting: