Bakıda sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslərin törətdiyi qəzaların sayı məlum olub

Bu ilin 11 ayı ərzində paytaxt ərazisində sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər tərəfindən törədilən yol qəzalarının sayı açıqlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Report"un sorğusuna cavab olaraq bildirib ki, belə şəxslər tərəfindən 39 yol-nəqliyyat hadisəsi törədilib.

Nəticədə 18 nəfər həyatını itirib, 29 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.скачать dle 10.6фильмы бесплатно
7-12-2021, 13:34
Baxıs: 25 363
Reyting: