Azərbaycanda daha 1 997 nəfər koronavirusa yoluxub, 31 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1997 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 582 504 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 547 354 nəfər müalicə olunaraq sağalıb, 7767 nəfər vəfat edib, aktiv xəstə sayı 27 383 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 210, ötən müddət ərzində isə ümumilikdə 5 497 719 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
26-11-2021, 15:29
Baxıs: 43 506
Reyting: