Ağdamın işğaldan azad olunan ərazisində insan sümükləri aşkarlanıb

Ağdam rayonunda insan sümükləri aşkarlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
28-10-2021, 15:26
Baxıs: 32 502
Reyting: