Partiya sədrləri Şuşadadır

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri Şuşa şəhərindədir.

Leqal.info-nun xəbərinə görə, səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ziyarət ediləcək.

11:49
Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin Şuşa şəhərinə səfəri başlayıb.

"Report"un xəbərinə görə, onları Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.

Səfərdə ölkənin əksər siyasi partiyalarının sədrləri və rəsmiləri iştirak edirlər.

Onlar Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcəklər.скачать dle 10.6фильмы бесплатно
7-10-2021, 14:53
Baxıs: 30 519
Reyting: