28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir

Azərbaycanda mayın 28-i Müstəqillik Günü və oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Leqal.info xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilir və bundan sonra mayın 28-i Müstəqillik Günü kimi qeyd ediləcək.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.скачать dle 10.6фильмы бесплатно
6-10-2021, 12:00
Baxıs: 30 401
Reyting: