allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bakıda qadına mesaj yazan polis əməkdaşı işdən çıxarılıb » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bakıda qadına mesaj yazan polis əməkdaşı işdən çıxarılıb

Bakıda qadına mesaj yazan polis əməkdaşı işdən çıxarılıb

Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazan polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Arazxeber.Az-a verilən məlumata görə, sosial şəbəkələrdə polis əməkdaşı Zahir Abbasovun Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazması ilə bağlı yayılan məlumatlar Daxili İşlər Nazirliyində (DİN) araşdırılıb.

Araşdırmaların nəticəsinə uyğun olaraq Z. Abbasov xidmətdən xaric edilib.
11:17
Baxıs: 13600
Reyting: