Türkiyədə bütün meşə yanğınları söndürülüb

Hazırda Türkiyədə söndürülməyən meşə yanğınları qalmayıb.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.

"Ölkəmizdəki bütün meşə yanğınları söndürülüb", - deyə Pakdemirli tvitterdəki hesabında yazıb.

O, əlavə edib ki, böyük meşə yanğınlarının başladığı 28 iyuldan Türkiyənin 54 əyalətində 299 yanğın ocağı nəzarət altına alınıb və söndürülüb.

“Nəfəsimiz üçün savaşan meşə qəhrəmanları, var olun”, - deyə nazir digər paylaşımında bildirib.

Daha əvvəl ölkənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib ki, Türkiyədə meşə yanğınları zamanı ölənlərin sayı 8 nəfərə çatıb, zərərçəkənlərin sayı 860 nəfəri ötüb.скачать dle 10.6фильмы бесплатно
12-08-2021, 23:01
Baxıs: 28 961
Reyting: