Toy qaydalarının pozulmasına görə daha 2 nəfərə cinayət işi açılıb, 203 nəfər cərimələnib

Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 7-8-də Bakı şəhərində və ölkə ərazisində 653 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Leqal.info-ya verilən məlumata görə, monitorinq 495 şadlıq sarayında, 158 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa, 203 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Bildirilib ki, 5395 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.скачать dle 10.6фильмы бесплатно
9-08-2021, 14:33
Baxıs: 23 052
Reyting: