Daha 6 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 6 erməni hərbçinin cəsədi tapılıb.

Leqal.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Cəsədlərdən 3-ü Füzulidə, 3-ü Xocavənddə həyata keçirilən axtarış əməliyyatı zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 629-a çatıb.скачать dle 10.6фильмы бесплатно
3-08-2021, 23:30
Baxıs: 37 312
Reyting: