allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycanda sel 2 avtomobili apardı: 3 körpü dağılıb » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycanda sel 2 avtomobili apardı: 3 körpü dağılıb

Azərbaycanda sel 2 avtomobili apardı: 3 körpü dağılıb Qubada çayı keçmək istəyən iki avtomobil sel sularının altında qalıb.
Hadisə rayonun ucqar dağ kəndlərindən olan Yerfidə qeydə alınıb. Vəlvələçayını keçmək istəyən “Niva” və “UAZ” markalı nəqliyyat vasitəsi suyun altında qalıb. Nəqliyyat vasitələri suyun altından çıxarılıb.
Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, son günlərdə yağan güclü yağışlar və çaylarda suyun artması nəticəsində rayonun 3 müxtəlif kəndində körpüləri sel dağıdıb. Hazırda dəyən ziyanın aradan qaldırılması və körpülərin təmiri istiqamətində işlər aparılır.
07:47
Baxıs: 2640
Reyting: