allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bakıda zəncirvarı qəza - beş avtomobil toqquşub » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bakıda zəncirvarı qəza - beş avtomobil toqquşub

Bakıda zəncirvarı qəza - beş avtomobil toqquşub Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Cəlil Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.
"Renault" markalı nəqliyyat vasitəsi qarşıda dayanmış "Toyota" markalı nəqliyyat vasitəsinə, "Toyota" isə qarşıdakı "Mercedes"ə çırpılıb. Əks yolda hərəkət edən və taksi kimi istifadə olunan "Opel" markalı avtomobilin sürücüsü də baş vermiş hadisəyə baxmaq üçün dayanıb. Bu zaman onun fikri yayındığından avtomobili qarşıdakı "Mercedes"ə çırpılıb.
Hadisə yerinə YPX və PPX əməkdaşları cəlb edilib.
08:41
Baxıs: 5680
Reyting: