allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycanda körpünün altında silah-sursat tapıldı » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycanda körpünün altında silah-sursat tapıldı

Azərbaycanda körpünün altında silah-sursat tapıldı Goranboy rayonunda silah-sursat tapılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı oradan 2 ədəd 16 kalibirli ov tüfəngi, 4 ədəd avtomat sandığı, 1 ədəd alışdırıcısı üzərində olmayan “F-1” əl qumbarası, 1 ədəd plemyot qatarı və 402 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
16:13
Baxıs: 2320
Reyting: