allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Borca görə axtarışda olan 25 nəfər saxlanılıb » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Borca görə axtarışda olan 25 nəfər saxlanılıb

Borca görə axtarışda olan 25 nəfər saxlanılıb Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-da 26 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 7-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, soyğunçuluq üzrə 1, quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.
09:56
Baxıs: 2880
Reyting: