allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bərdədə avtomobil kanala aşıb, ölən və yaralananlar var » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bərdədə avtomobil kanala aşıb, ölən və yaralananlar var

Bərdədə avtomobil kanala aşıb, ölən və yaralananlar var Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Xuduzadə idarə etdiyi "Hyundai Elentra" markalı avtomobili sərt döngədə idarəetməni itirərək kanala aşırıb.
Hadisə nəticəsində sürücünün özü və avtomobildə olan sərnişinlər- Sadəgül Həsənova, Günel Mirzəyeva, Heyran Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan S. Həsənova xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb. (APA)
08:27
Baxıs: 3200
Reyting: