allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb

Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda vətəndaşın həyatına qəsd olunması ilə bağlı iddiaları araşdırıb.
Bu barədə İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar, fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb: "Həmin avtomobilin sürücüsü müəyyən olunaraq Baş İdarəyə dəvət olunub, onun hərəkətlərində Yol Hərəkəti Haqqında Qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq edilib.
Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb".
20:05
Baxıs: 4080
Reyting: