allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info "Sədərək" Ticarət Mərkəzində 28 mağaza yanıb » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

"Sədərək" Ticarət Mərkəzində 28 mağaza yanıb

"Sədərək" Ticarət Mərkəzində 28 mağaza yanıb "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 28 mağaza tam yanıb.
Bu barədə mərkəzin mətbuat katibi Mikayıl Qədimov bildirib. Onun sözlərinə görə, yanğın tam söndürülüb: "Tüstüdən zəhərlənmə ilə bağlı bir neçə nəfərə ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində yanan mağazalardakı mallar əsasən pərdə və parçalardır".
M.Qədimov əlavə edib ki, hazırda ərazidə təmizləmə işləri gedir.
Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.
18:49
Baxıs: 4080
Reyting: